“Azərbaycanla əlaqə qura bilməsək, günah bizdədir” - Pezeşkian
1 Avqust 09:54 Siyasət"Azərbaycan qonşu dövlət, qohumluq əlaqələrimiz olan xalqdır".
Bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri zamanı deyib.
O, Azərbaycanla münasibətləri şərh edib və Bakıya son səfəri ilə bağlı tənqidlərə cavab verib:
"Necə ola bilər ki, mən ora gedib razılığa gəlmirəm? Biz onlarla qonşu ola-ola əlaqə yarada bilmirik. Necə olur ki, İsrail bunu kənardan gəlib edə bilir?"
İran Prezidenti əlavə edib ki, əgər iki qonşu ölkə arasında əlaqələr qurulmasa, məsuliyyət İran tərəfinin üzərinə düşür: "Əgər rabitə qurulmazsa, deməli, günah bizdədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31