Azərbaycan öz maraqları harada qorunursa,həmin istiqamətdə əməkdaşlıq etməyə daim hazırdır - ÖZƏL

"Azərbaycan atdığı bütün addımların bütün faktorlarını əvvəlcədən nəzərdən keçirir və Qoşulmama Hərəkatının üzvü kimi dünyanın istənilən siyasi, iqtisadi və hərbi mərkəzi ilə əlaqə yaratmağı özü üçün vacib hesab edir. Azərbaycanın maraqları harada qorunursa, harada ona hörmətlə yanaşılırsa, Azərbaycan həmin istiqamətdə əməkdaşlıq etməyə daim hazırdır."

Bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycan heç bir hərbi blokun üzvü olmasa da, dünyanın müxtəlif qitələrindən olan, böyük əhalisi və nüfuzu olan ölkələrlə sıx hərbi əməkdaşlıq edir. Azərbaycan həmçinin Qərb dairələri ilə əlaqələri gündəmdə saxlayır. Bu əməkdaşlıq həm hərbi təcrübənin öyrənilməsi, həm hərbi quruculuq sahəsində birgə fəaliyyət, həm də müasir silah və texnologiyaların əldə edilməsi baxımından faydalıdır.

Azərbaycanın Rusiya ilə də sıx əlaqələri mövcuddur. Bu isə o demək deyil ki, Azərbaycan yalnız bir geosiyasi mərkəzlə münasibət saxlayacaq. Biz çox istərdik ki, Azərbaycanla Ermənistan tərəzinin eyni gözünə qoyulmasın. Ermənistan Rusiya ilə sıx bağlı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və apardığı siyasətə görə özü məsuliyyət daşıyır. Azərbaycanla Ermənistanın vəziyyəti və strateji yanaşmaları isə tamamilə fərqlidir."

İbrahim  Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31