İlham Əliyev QHT-lərlə bağlı qanuna edilən dəyişikliyi təsdiqlədi
31 İyul 14:00 SiyasətPrezident İlham Əliyev "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlara edilən dayişiklikləri təsdiqləyib.
Olaylar.az xəbər verir ki, dəyişikliyə əsasən qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatların aparılması mümkün olmayacaq.
Bundan başqa, müqavilə olmadan və ya qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edən qeyri-hökumət təşkilatı İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyacaq.