Azərbaycan mücrüləri yüksək zirvə toplantısında- ÖZƏL

Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyi Azərbaycan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə gerçəkləşən "Qərbi Azərbaycanın sənət nümünələri" adlı layihənin icrasını uğurla davam etdirməkdədir. Layihəyə əsasən İctimai Birlik  Qərbi Azərbaycan coğrafiyasında tarixən azərbaycanlılara məxsus yer adlarını, burda formalaşmış ənənələrə söykənən mədəni irs nümunələrini, memarlıq incilərinin, daş abidələrin xarakterik elementlərini tərənnüm edən 12 yeni dekorativ tətbiqi sənət nümunələrinin yaradılmasını və onların tanıdılmasını təmin etməlidir.

İctimayi birliyinin sədri Lalə Sərdarlının bildirdiyinə görə təşkilat bu günədək ADPU və bu təhsil ocağında fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşkil etdiyi Qərbi Azərbaycanın zəngin mədəni irsini təbliğ edən konfrans və xüsusi sərgidə, İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəkfinin keçirdiyi 28-ci Avrasiya İqdisadi Zirvəsi və bu təşkilatın 40 illik yubileyinə həsr edilən tədbirlər çərçivəsində, Sərdarlılar ailəsinin yaratdıqları Sərdar Sandıq Ocağında keçirilən "Türk dünyasının ortaq dəyərləri-mədəni irs nümunələrimiz" adlı konfrans, sərgidə, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi "Qərbi Azərbaycana qayıdış" mövzusunda icra edilən layihələrə dair ictimai hesabat xarakterli brifinq çərçivəsindəki sərgidə "Urud abidələri"  kolleksiyasına aid olan  "Urudum" adlı sandıqça,"Göyçə çələngi" adl kolleksiyaya aid olan  "Göyçəm" adlı mücrü, "Yurdumun harayı" adlı kolleksiyaya aid olan  " Dərələyəzim" adlı sandıq,"Mirzə Qədim müjdəsi" adlı kolleksiyaya aid olan "Sonuncu Xan" adlı mücrü, "İrəvanım" adlı kişi üzüyü, "Turan Yolu Zəngəzurum" adlı kolleksiyaya aid olan " İpək Yolu" adlı sandıqça və "Dərələyəzim" adlı kolleksiyaya aid olan " Keşkəndim" adlı mücrü nümayiş etdirilmişdir.

Adı çəkilən dekorativ tətbiqi sənət nümunələri ilə ADPU də tələbə və müəllim heyəti, ölkəmizin tanınmış elm, təhsil, incəsənət adamları, millət vəkilləri, Sərdar Sandıq Ocağında rəhbəri Almaniyada yerləşən Türk Tarixi və Mədəniyyətləri Muzeyinin qurucusu, tarixçi,tanınmış ictimai xadim  Cəmaləddin Özdəmir olan, Almaniyadakı yeganə Türk teatrının rəhbərliyi və digər təmsiçiləri, eləcə də Almaniyanın Frankfurt am Main, Berlin və Nürnberq şəhərlərindən, Türkiyənin İzmir şəhərindən gələn böyük bir heyət, Bakıda keçirilən ictimai hesabat xarakterli brifinqdə  ölkəmizin vətəndaş cəmiyyəti təmsilçiləri və mətbuat nümayəndələri, İstanbuldakı yüksək zirvə toplantısında isə 50 ölkəni təmsil edən 500 iştirakçı, sabiq dövlət və hökumət başçıları, bu ölkələri təmsil edən tanınmış ictimai siyasi xadimlər, diplomatlar, nüfuzlu elm, sənət adamları, qabaqcıl iş adamları, dini liderlər yaxından tanış olmuş, Qərbi Azərbaycan həqiqətlərini önə çəkən zəruri bilgilərlə məlumatlandırılmışlar.

Onu da qeyd edək ki, İstanbulda keçirilən yüksək zirvə toplantısında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəkfinin 40 illik yubileyi münasibətilə təşkilat  adından dünya səviyyəsində tanınmış 30 dan çox nüfuzlu simaya təqdim edilən ödüllər Sərdarlılar ailəsinin hazırladıqları xüsusi Azərbaycan mücrülərində, ölkəmizin də adı həkk edilməklə verilmişdir."Qərbi Azərbaycanın sənət nümunələri" adlı layihənin icrasının növbəti mərhələsində indi hazırlanmaqda olan digər dekorativ tətbiqi sənət nümunələri də Xaçmaz rayonunda konfrans-sərgi formatında yerli ictimaiyyətə təqdim ediləcəkdir.

"Tətbiqi Sənət Nümunələrinin

Qorunmasina Və Təbliğinə Yardim"

İctimai Birliyinin informasiya mərkəzi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31