Bakıda yeni avtobus parkı salınacaq

Bakıda yeni avtobus parkının tikintisinə başlanılır.

Avtobus parkı Xəzər rayonunun Buzovna qəsəbəsində Albalılıq ərazisində tikiləcək.

Belə ki, "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bununla bağlı müvafiq işlərə yekun vurub.

MMC sözügedən işlərin icrasını "Bakıyaşayıştikinti" şirkətinə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 12 922 360 manat ödənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31