İsrail parlamenti hökumətə İordan çayının Qərb sahilini ilhaq etməyi tövsiyə edib - ÖZƏL
23 İyul 20:58 Dünyaİsrail parlamenti - Knesset İordan çayının Qərb sahilində İsrail suverenliyinin tətbiq edilməsinə dair hökumətə çağırış edən bir bəyannamə qəbul edib.
Olaylar xəbər verir ki,bu barədə Ynet portalı məlumat yayıb.
Məlumata görə, Knessetin 120 deputatından 71-i bu qətnamənin lehinə, 13-ü isə əleyhinə səs verib.
Ynet qeyd edir ki, sənədin hüquqi və ya qanunverici qüvvəsi yoxdur və yalnız deklarativ xarakter daşıyır.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31