Əsl ziyalı və vətənpərvər yazıçı- YUNUS OĞUZ-65

Şanlı tariximizin son 30 ilinə nəzər salsaq, çox ağır, təhlükəli, eyni zamanda çox şərəfli günlərini geridə qoyduq. Bu 30 ildə bir çox hadisələrin şahidi olduq.

Hər kəsin qələmi vətən, xalq, dövlətçilik naminə yazmır. Hər kəsin sinəsi Vətən naminə qalxana çevrilmir. Hər kəs Vətən naminə canını qurban verməyə hazır olmur və qurban da vermir.

Bu proseslər zamanı ziyalıların da rolu önəmlidir. Lakin əfsuslar olsun ki, bu ada hər iddia edən də əsl ziyalı ola bilmir. Ziyalı olmaq mənim baxış bucağımdan diplomu-ali təhsili olmaq demək deyil. Elə diplomlular var ki, Vətənin, Dövlətin  xalqın ən ağır zamanlarında özlərini komufulyaj edərək "suyun dibinə" cumaraq "nəyimə lazımdır" deyərək öz üfünət verən cəmdəklərini Vətənin qara günlərində, xalqın rus imperiyasına qarşı Azadlıq mücadiləsində, yenicə qazanılmış dövlətçiliyimizin məhv edildiyi, məkrli qüvvələr tərəfindən Vətən torpaqlarını dörd yerə  parçalanmaq təhlükəsində   kənara çəkdilər, görməzdən gəldilər. Bəla da burasındadır ki, belələrinin böyük əksəriyyəti dünən də, bu gün də yenə də Vətəndən, Dövlətdən bəhrələnməkdə utanmadan, həya etmədən qidalanırlar. Mən bu yazımda belə yaramazlardan danışmayacam. Milli mətbuat günümüzün 150 ili tamam olan bir gündə, 65 il şərəfli ömür yolu qət etmiş və onun da 50 ilini mətbuatımıza xidmət etmiş, milli azadlıq hərəkatında rus imperiyasına qarşı xalqımızın şərəf savaşına qalxdığı zaman ləyaqətlə mücadilə edən, Azərbaycanımızın müstəqilliyinin bərpasında böyük xidmətləri olan, tarixin gizli qatlarında uyuyan şanlı tariximizi gənc nəslə çatdıran, milli kimliyimizi-dədə kökümüzü daima təbliğ edən, turançı, tarixi romanların müəllifi, daima cəmiyyətimizdə əsl ziyalı mövqe ilə seçilən, Olaylar İnformasiya Agentliyinin və Olaylar qəzetinin baş direktoru, yazıçı - publisist Yunus Oğuzun 65 yaşı tamam olması münasibətilə təbrik edirəm.  Belə  bir  uzlaşma  da  Tanrının  Yunus  Oğuza  göstərdiyi  bir  lütfdür.  150  milli  mətbuatın  yaşı, 65 Yunus Oğuzun, 50  il  isə  jurnalistlik  fəaliyyəti! 

Hörmətli Yunus Oğuz, Tanrıdan sizə möhkəm can sağlığı arzu etməklə yanaşı Vətən torpaqlarında dədə ruhların nuru ilə qorunan dədə kökümüzün şanlı səhifələrini cəmiyyətimizə çatdırmaqda sizə uğurlar arzu edirəm.

Cavid  İsmayıl

Turan Araşdırma ib-nin  sədri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31