Vladimir Zelenski dövlət xərclərinin təcili auditinin aparılacağını elan edib - ÖZƏL
23 İyul 20:39 DünyaVladimir Zelenski dövlət xərclərinin təcili auditinin aparılacağını elan edib.
Olaylar xəbər verir ki,Dövlət xərclərinin maksimum hissəsi "Ukraynanın müdafiəsinə yönəldilməlidir", - deyə o bildirib.
"Bu gün mən bürokratik prosedurların azaldılması və dövlət xərclərinin dərhal auditinin aparılması barədə sərəncam imzaladım", - deyə Zelenski "Telegram" kanalında yayımladığı videomüraciətində bildirib. Onun sözlərinə görə, nəticələrdən bir ay ərzində hökumətdən hesabat gözlənilir.
Zelenski qeyd edib ki, dövlət xərclərinin maksimum hissəsi "Ukraynanın müdafiəsinə yönəldilməlidir".
"O cümlədən insanların daha çox azadlığa malik olması üçün derequlyasiya ilə bağlı ciddi addımlar hazırlayırıq", - deyə o əlavə edib.
Zelenski bu yeniliklərin təfərrüatlarını açıqlamayıb, müvafiq sərəncam isə hələlik dərc olunmayıb.
İbrahim Məmmədli