“Bu gün Rusiya, düşmənə yox, dostlara ehtiyac duyur” – Ramiyə Məmmədova – ÖZƏL

Son vaxtlar bir sıra Avropa və qonşu ölkələrdə Rusiyanın mümkün hərbi müdaxiləsi ilə bağlı narahatlıqlar artmaqdadır. Litva, Polşa, Fransa, Almaniya, Estoniya, Moldova ilə yanaşı, hətta Qazaxıstan və Gürcüstanda belə müharibə ehtimalı ciddi şəkildə müzakirə olunur. Bəzi dövlətlər isə qarşıdakı mümkün təhlükələrə hazırlıq məqsədilə tədbirlər görməyə başlayıblar. Bu proseslər regionda yeni gərginlik dalğasının başladığını göstərir.

Maraqlıdır, Rusiya ilə müharibə ehtimalının bu qədər geniş coğrafiyada gündəmə gəlməsi nə ilə bağlıdır?

"Rusiya ilə Ukrayna müharibəsinin bu dərəcədə genişlənməsini nəzərə alaraq, İstanbul görüşlərinin hələ ki, böyük bir nəticə verməməsi səbəbindən Rusiyanın son hücumlarını görmək mümkündür. Rusiyanın Murmansk ərazisindəki təyyarələri və Ukraynaya qarşı həyata keçirdiyi raket hücumları, oradakı insan itkiləri və s. bu günki vəziyyəti göstərir. Avropa və Qərb dünyasında Rusiya, Ukraynadan sonra müharibəni Avropaya da daşımaq niyyətindədir. Bu məsələni geniş miqyasda tirajlamaqla, həmin ölkələr daxili siyasətlərində gərginlik yaradır və öz vəzifələrini daha da bərkitməyə çalışırlar".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. O qeyd edib ki, bütün bu proseslər Rusiyanın iqtisadi, siyasi və hərbi baxımdan zəiflədilməsi məqsədini güdür:

"Ukrayna ilə Rusiya arasında müharibənin geopolitik baxımdan yalnız iki tərəf arasında olmadığını, eyni zamanda Qərb dünyasının da bu müharibədə iştirak etdiyini görürük. Qərbin özünü siğortalaması və ABŞ-dən dəstək alması, NATO-nun genişlənməsi ilə Avropanın təhlükəsizliyini qoruma məsələsini gündəmə gətirir.  Litvanın baş naziri və prezidenti də Rusiyanın gələcək hücumlarının Moldova, Estoniya və digər keçmiş Sovet respublikalarına yönələcəyini vurğulayıblar. Bu, reallıqdan uzaq bir məsələdir. Rusiya tərəfi son çıxışlarında Ukrayna ilə sülh müqaviləsinin bağlanmaması halında, Qarabağ məsələsi kimi Ukraynanın Qərb tərəfindən silahlandırılıb alınmış torpaqlarını geri qaytara biləcəyini qeyd edib.
Bütün bunlar, Rusiyanın iqtisadi, siyasi və hərbi baxımdan zəiflədilməsi məqsədini güdür. Qərb Rusiyanın bir neçə ölkə ilə müharibə aparmasının, maddi, iqtisadi və siyasi baxımdan mümkün olmadığını yaxşı bilir. Rusiya, Çin və İran kimi ölkələrdən dəstək alsa da, geniş miqyaslı müharibəyə hazır deyil".

Siyasi şərhçi sonda vurğulayıb ki, Rusiya Azərbaycan ilə bağlı 30 il ərzində yalnız öz maraqlarını güdüb. 

"Lavrovun dediyi kimi, Ermənistanın Qarabağı işğal altında saxlaya bilməsi üçün Rusiyanın dəstəyi vacib olub. Bu gün Rusiya, düşmənə yox, dostlara ehtiyac duyur. Qarabağ məsələsində, Azərbaycanla münasibətlərin normallaşması və bölgədə sülhün yaranması üçün çalışır. Bu gün Rusiya genişmiqyaslı müharibəyə girmək niyyətində deyil və Qafqazda yeni bir müharibəni planlaşdırmır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31