Yekaterinburqdakı rasizmin arxasında imperiya mərəzi dayanır- ÖZƏL

"Rusiyanın "elitar" güc strukturu sayılan Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını, onlara heç bir müqavimət göstərilmədiyi halda həbs edilənlərdən 2 nəfərin qətlə yetirilməsi, üçünün ölümcül hala salınması, onlarla soydaşımızın isə vəhşicəsinə  döyülmələri qanunsuzluğu qanunlaşdırmış bir dövlətin sərgilədiyi açıq rasizmdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: 
"Bu,  Ukraynaya yanaşmada yeridilən siyasətin başqa bir üzüdür. Yəni, milyonlarla ukraynalının ölümünə, şikəstliyinə, didərginliyinə səbəb olan  "rusizm" kimi Yekaterinburqdakı rasizmin də arxasında imperiya mərəzi dayanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31