"Moskva azərbaycanlılara qarşı faşist siyasətinin bədəlini ağır ödəyəcək"- AÇIQLAMA

"Rusiyada qeyri-ruslara, xüsusən türk-müsəlman xalqlara qarşı diskriminasiya siyasəti son həddə çatıb. Yekaterinburqda baş verən son hadisə, azərbaycanlıların qətlə yetirilməsi proseslərim təhlükəli məcraya girməsindən xəbər verir.  Bu, artıq bardağı daşıran son damladır". Bu sözləri olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" ictimai birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, təkcə azərbaycanlılar deyil, Ukrayna ilə üzücü müharibə tatarların, başqırdların, çeçenlərin, dağıstanlıların səbr kasasını daşırıb.

"Kreml başbilənləri bir şeyi unudur ki, Rusiya ərazisində yaşayan türk-müsəlman xalqları tarixin bütün dövrlərində bizə baxıb düzləniblər, Bakı onlar üçün "beyin mərkəzi" olub. Azərbaycana qarşı tutduqları ədalətsiz mövqeyə görə rus dövləti Tanrıdan da tərs şapalaq alıb. 20 yanvardan sonra Sovet dövləti çökdü, rus alayının əli ilə törədilmiş Xocalı soyqırımından sonra Moskva "çeçen bataqlığına" saplandı. Onminlərlə rus gənci Qroznı civarında məhv edildi, rus analarının gözləri yaşlı qaldı.

Kremlin Rusiyada yaşayan azərbaycanlılara, türk-müsəlmanlara qarşı faktiki terror siyasəti tezliklə bumeranq effekti verəcək. Putinin çağımıza yaraşmayan faşist siyasəti Rusiyada mərkəzdənqaçma meyllərini gücləndirəcək. Qeyri-ruslara qarşı idbar siyasət həyata keçirən, qonşu dövlətlərin ərazisini zorla ilhaq etməyə çalışan Rusiya bu gedişlə federasiya ərazilərini belə qoruyub saxlaya bilməyəcək"-deyə, bildirib

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31