Belə halların baş verməsi Rusiya dövlətinin istəyidir- ÖZƏL
14:56 Siyasət"Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının etnik azərbaycanlılara qarşı keçirdiyi çoxsaylı əməliyyatlarının hüquqla heç bir əlaqəsi yoxdur. Güç strukturlarının mülki şəxslərə - azərbaycanlılara qarşı heç bir gərəklik olmadan atəş açması, çoxlu insanların öldürülməsi, böyük əksəriyyətinə işgəncələrin verilməsi sıradan polis və ya güc strukturlarının özbaşnalığı deyil". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Etnik azərbaycanlılara qarşı Rusiyanın digər regionlarda, o cümlədən Voronej vilayətində də polisun analoji hücumları mübahisəsiz sübut edir ki, etnik azərbaycanlılara qarşı Rusiyanın güc strukturlarının ölümlərlə nəticələnən basqınları rəsmi Kremlin göstərişi əsasında həyata keçirilir. Üstəlik, belə halların baş verməsi Rusiya dövlətinin istəyidir. Beynəlxalq hüquq və konvensiyalarda "işgəncə"yə yol verməmək ən əsas prinsip və tələbdir. Hərçənd ki, Rusiya beynəlxalq hüquq normalarına məhəl qoysaydı Moldovanın, Gürcüstanın, Ukraynanın suveren ərazilərinin bir hissəsini işğal etməzdi.
Ümumiyyətlə, Rusiyada etnik azərbaycanlılara qarşı keçirilən kütləvi qanlı hücumlar Azərbaycan dövlətinə basqı və təzyiq niyyəti daşıyır. Bu hadisə də s
Son üç əsrdə Rusiyanın Azərbaycana qarşı dəyişməz düşmənçilik, imperiya xislətinə söykənən siyasətin növbəti qanlı səhifəsidir. Azərbaycanın ikiyə parçalanması, tariximizin oğurlanması-saxtalaşdırılması, milli kimliyimizin unutdururulması, Xalq Cümhuriyyətinin işğalı, ərazilərimizin sovet respublikaları arasında bölüşdürülməsi, azərbaycanlıların deportasiyası, sərvətlərimizin-neftimizin talanması, ikinci dünya müharibəsində azərbaycanlılara neqativ münasibət, fəxri adların verilməməsi, generallarımızın öldürülməsi, 20 yanvar faciəsi, Qarabağımızın işğalı, Xocalı və digər söyqırımlar, 44 günlük vətən müharibəsində Ermənistana hərbi-siyasi dəstək, ölkəmizə qarşı təxribatlar (hərbi təyyarələrimizin kor edilməsi, mülki təyyarələrimizin vurulması kimi), kəşfiyyat, informasiya, kiberhücumlar və sair sadaladıqca qurtarmayan düşmənçilik Azərbaycan dövlətçiliyindən də daha çox etnosumuza qarşı açıq soyqırım siyasətidir. Beynəlxalq hüquqla da bu əməllər "Söyqırım" cinayətidir və göstərilən hallar "Söyqırım" əməllərinin tərkib hissəsidir.
Heç şübhəsiz ki, Rusiyanın Azərbaycana qarşı daimi düşmənçiliyinin daha aqresiv hal alması səbəbi, Azərbaycanın Qarabağ məsələsini həll etməsi, daha müstəqil siyasət aparması, nəinki regionda dünyada söz sahibinə çevrilməsi və nəhayət real müstəqilliyidir. Rusiyanın imperialist düşüncəsi, keçmiş sovet respublikalarına öz müstəmləkəsi kimi baxması Azərbaycanı daha da ayıq-sayıq olmağa bir növü məcbur edir. Rusiya prezidenti Vladimir Putinin harada rus əsgəri varsa, oranı Rusiya ərazisi hesab etdiyini deyib. Azərbaycan isə rus əsgərlərini öz ərazisindən üç dəfə qovub, çıxarıb. Rusiya anlamalıdır ki, əgər Azərbaycan Rusiyanın, İranın, Fransanın tam dəstək verdiyi Ermənistan üzərində qələbə qazanmağı bacarıbsa, demək ayrılıqda Rusiyanın da, İranın da basqıların dəf edəcək. Rusiya düşməndir və düşmən olaraq qalacaq".