Netanyahu ABŞ-də Tramp və yüksək rütbəli rəsmilərlə görüşəcək- ÖZƏL
1 İyul 2025 14:08 Dünyaİsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-ə səfər edəcəyini və burada ABŞ prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Hegset, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və ticarət naziri Hovard Latnik ilə görüşəcəyini bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə Netanyahu İsrail Nazirlər Kabinetinin iclasının əvvəlində çıxışı zamanı məlumat verib. Baş nazirin sözlərinə görə, ABŞ-a səfər "İran əleyhinə keçirilmiş 'Üsyankar şir' əməliyyatı çərçivəsində əldə olunmuş böyük qələbənin fonunda" baş tutacaq.
"Gələn həftə ABŞ-ə səfər etməyi və prezident Donald Tramp, vitse-prezident Vens, dövlət katibi Rubio, müdafiə naziri Hegset, eləcə də Stiv Uitkoff və ticarət naziri Hovard Latniklə görüşməyi planlaşdırıram", - deyə Netanyahunun sözləri onun mətbuat xidməti tərəfindən yayımlanıb.