Bu vəhşi hərəkətlər qəti şəkildə pislənilməlidirlər- ÖZƏL
14:05 Siyasət"Şimal qonşumuzda soydaşlarımıza qarşı məhkəmə qərarı olmadan törədilən qanlı hərəkətlər, insanların günün-günortaçağı öldürülməsi idarəçilərin xarakterini, yürüdülən siyasətin mahiyyətini göstərir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "Bu hadisələr silinməsi mümkün olmayan böyük ləkə olduğundan, çox uzağa hədəflənən məqsədlər güddüyündən artıq təkcə millətimizin işi deyildir. İnsan hüquqlarından, haqq-ədalətdən danışan bütün dövlətlər və beynəlxalq qurumlar tərəfindən bu vəhşi hərəkətlər qəti şəkildə pislənilməlidirlər.
Göz yaşları və günahsız insan qanları üzərində qurulan, idarə olunmağa cəhd edilən, zorakılığa əsaslanan, danışıqlar aparmaq üçün masa arxasında stulda yerləşməyən, islahatlar aparmaq üçünsə çox böyük və namünasib olan imperiyaların sonu bəllidir".