ABŞ Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün səy göstərəcək - Marko Rubio
21 May 21:20 SiyasətABŞ-nin əsas diqqəti Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasına çalışmaqdır.
Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən dövlət katibi Marko Rubio Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələri zamanı deyib.
O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında yenidən silahlı münaqişə riski qalmaqdadır və ABŞ bunun qarşısını almaq üçün səylər göstərir.
"Orada əsl münaqişə riski var və biz bunun qarşısını almağa çalışırıq", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31