Moskva növbəti iki görüşün Bakıda və İrəvanda keçirilməsinin tərəfdarıdır – Lavrov
14:46 SiyasətCənubi Qafqaz üzrə "3+3" formatında sayca üçüncü nazirlər görüşü hazırda hazırlanmaqdadır.
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında bildirib.
Lavrov bildirib ki, Moskva növbəti iki görüşün Bakıda və İrəvanda keçirilməsinin tərəfdarıdır.
"Biz '3+3' formatında üçüncü görüşün harada keçirilə biləcəyindən danışdıq. Hesab edirəm ki, bu tədbirə ev sahibliyi etmək istəyən Ermənistan Respublikası və Azərbaycan Respublikası bununla bağlı öz aralarında razılığa gələ bilərlər. Biz bu prosesin ardıcıllığına vasitəçilik etməyə hazırıq. Biz bu iki növbəti tədbirin Ermənistan və Azərbaycanın paytaxtlarında keçirilməsinin tərəfdarıyıq," - deyə nazir qeyd edib.