Xəzər dənizi üzərindən fiber-optik kabelin çəkilməsi Qazaxıstan və Azərbaycan arasında rəqəmsal rabitəni yaxşılaşdıracaq - Tokayev
14:34 SiyasətBu il Qazaxıstan və Azərbaycan Xəzər dənizi üzərindən fiber-optik kabelin çəkilməsi üzrə birgə layihəyə başlayıb ki, bu da iki ölkə arasında rəqəmsal rabitəni əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TDT-nin Budapeştdə keçirilən qeyri-rəsmi zirvə toplantısında çıxışı zamanı bildirib.
"Bu layihə ölkələrimiz arasında rəqəmsal kommunikasiyaları əhəmiyyətli dərəcədə təkmilləşdirəcək və regional inteqrasiyanın gücləndirilməsi istiqamətində strateji addım olacaq", - o qeyd edib.
Onun sözlərinə görə, bu cür təşəbbüslər Avrasiya qitəsi boyunca təhlükəsiz məlumat mübadiləsini təmin edəcək yeni rəqəmsal dəhlizin yaradılması üçün imkanlar açır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31