Qırğızıstan Macarıstanın TDT institusional potensialın gücləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirir - Sadır Japarov
14:19 SiyasətQırğızıstan Macarıstanın Türk Dövlətləri Təşkilatının (TDT) institusional potensialının gücləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirir.
Bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının (TDT) qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
"Macarıstan təşkilatın fəal və hörmətli müşahidəçisi kimi ümumi dəyərlərimizə və tarixi-mədəni irsimizə dərin sadiqliyini ardıcıl olaraq nümayiş etdirir. Qırğızıstan Macarıstanın təşkilatımızın institusional potensialının gücləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirir", - o deyib.
Japarovun sözlərinə görə, TDT sammitinin Avropada ilk dəfə Budapeştdə keçirilməsi tarixi və simvolik bir hadisədir. O, Macarıstanın Avropa İttifaqı ilə türk dünyası arasında körpüyə çevrildiyini vurğulayıb.
"Budapeştdəki bugünkü görüş ötən ilin noyabrında Bişkekdə keçirilən sammitin məntiqi davamıdır. Qırğızıstanın "Türk dünyasının gücləndirilməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik" devizi altında hazırkı sədrliyi təşkilatımız çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə yönəlib. Biz sədrliyimizin prioritetlərini həyata keçirməyə sadiqik və bu istiqamətdə bütün Üzv Dövlətlərin fəal dəstəyinə ümid edirik", prezident əlavə edib.