“Hər iki tərəfin dəstəklədiyi müəyyən namizədlər var idi…”— ÖZƏL

Ötən il Rumıniyada keçirilən prezident seçkilərinə Fransa və Rusiyanın qarışdığı iddia olunur. Bildirilir ki, Teleqram və sosial şəbəkələrdə yalan məlumatlar yayılıb. Teleqramın qurucusu Durov deyir ki, Fransa ondan bəzi səsləri məhdudlaşdırmağı istəyib, amma o, razılaşmayıb. Fransa bu iddianı təkzib edib. Rumıniya Rusiyanı ittiham edir, Rusiya isə bunu rədd edir.

Fransa və Rusiya ilə bağlı iddialar nə dərəcədə həqiqətə uyğundur? 
Bu iki ölkənin adı Rumıniya ilə bağlı proseslərdə niyə hallanır?

Mövzu ilə bağlı politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib ki,"Biz bilirik ki, 2024-cü ilin sonlarında Rumıniyada prezident seçkilərinin ilk turu keçirildi, lakin ikinci tur ləğv edildi və ikinci tur bir neçə gün öncə keçirildi. Burada əsas konstitusiya məhkəməsinin seçkiləri ləğv etməsinin əsas səbəbi Rusiyanın müdaxiləsi ilə bağlı irəli sürülən ideyalar idi.Lakin açıq demək lazımdır ki, hələ bu məsələlərlə bağlı heç bir fakt sübut olunmuş şəkildə ortaya qoyulmayıb ki, həqiqətən hər hansı bir müdaxilə baş verib və seçkilərə təsir göstərilib.O ki qaldı Fransa və Rusiyanın bu kimi ittihamlarına, son illərdə - xüsusilə 2016-cı il ABŞ prezident seçkilərindən sonra - biz dünyada tez-tez Rusiyanın və yaxud da Qərbin seçkilərə müdaxilə məsələsinin gündəmə gəldiyini görürük.Əvvəllər bu cür müdaxilələr müxtəlif dairələr tərəfindən fiziki şəkildə həyata keçirilirdi, lakin son dövrlərdə onlayn platformalar və medianın bu məsələlərdə rolu ön plana çıxır.Mən hesab edirəm ki, hər iki tərəfin dəstəklədiyi müəyyən namizədlər var idi, lakin hər iki tərəf də öz namizədinin tam qələbəsinə əmin olmadıqları üçün bir-birlərini qarşılıqlı şəkildə ittiham edirdilər."

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31