Ulu Öndərin ideyaları savadlı gənc nəsilin yetişdirilməsinə böyük töhfə verir- ÖZƏL
12:19 Siyasət"Dahi Lider Heydər Əliyev hər zaman təhsili dövlətin və xalqın inkişafı üçün əsas prioritet sahə kimi qiymətləndirib". "Olaylar" xəbər verir ki, bunu YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov deyib: "Ümummilli Liderin təhsil sahəsində atdığı məqsədyönlü addımlar bu gün ölkəmizin inkişafında mühüm rol oynayıb: "Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlar, yeni təhsil ocaqlarının yaradılması və təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan addımlar Ulu Öndərin ideyalarının davamı olmaqla gənc nəsillərin yüksək səviyyədə yetişdirilməsinə böyük töhfə verir. Təhsil cəmiyyətin rifahı və davamlı inkişafı üçün vacibdir, bu sahədə çalışanların üzərinə böyük məsuliyyət düşür".