Azərbaycanın güclü qızları qalib gəlməkdə davam edir - ÖZƏL
12:12 Siyasət"İdmanımızda daha bir möhtəşəm nailiyyət-11 yaşlı idmançımız Əminə Əliyeva İtaliyanın Peruca şəhərində keçirilən beynəlxalq kunq-fu turnirində parlaq çıxışı ilə fərqlənərək dünya çempionu titulunu qazanıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Milli komandamızın bu gənc və istedadlı nümayəndəsi ölkəmizi ləyaqətlə təmsil edərək bayrağımızı zirvəyə ucaldıb. Əminəni bu tarixi uğur münasibətilə ürəkdən təbrik edir, qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayırıq! Azərbaycanın güclü qızları qalib gəlməyə davam edir!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31