Milli Məclisin nümayəndə heyəti Madriddə Prado muzeyində olub
20 May 2025 11:50 SiyasətMilli Məclisin sədri Sahibə Qafarovanın İspaniya Krallığına rəsmi səfəri davam edir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, səfər çərçivəsində parlament nümayəndə heyəti Madriddə Prado muzeyində olub.Parlament nümayəndə heyətinin üzvləri muzeydə saxlanılan eksponatlarla tanış olublar.
Qonaqlara məlumat verilib ki, muzeydə məşhur rəssamların tabloları, tarixi heykəl nümunələri və qədim sikkə pul vahidləri ziyarətçilərə təqdim olunur. İl ərzində üç milyona yaxın insanın üz tutduğu bu mədəniyyət ocağının kolleksiyasında təqribən 8600-dan çoxrəsm əsəri saxlanılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31