Müharibə variantı Rusiya üçün yaxşı perspektiv vəd etmir- ÖZƏL

"Putin İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarına aşağısəviyyəli nümayəndə heyəti göndərəndə bəlli idi ki, Kreml sülhdə deyil, müharibənin davam etməsində maraqlıdır". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Putin və Kreml də yaxşı anlayır ki, öz irəli sürdüyü təklifə belə biganə yanaşması çox riskli və təhlükəlidir. Kremlin müharibəni seçməsi, uzaq perspektivdə Rusiya üçün heç də yaxşı perspektiv vəd etmir. Müharibənin davam etməsi, Rusiyada hərtərəfli böhranı dərinləşdirməyə xidmət edir. 
Qərb hazırkı şəraitdə Kremlin Ukraynadakı müharibənin bitməsi ilə bağlı irəli sürdüyü şərtləri qəbul etdiyi bir zamanda Putinin sülhdən yayınmasının səbəbi aydın deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31