İki dövlət arasında dostluğun rəmzi
10:19 SiyasətÖzbəkistan Respublikasında Gənclər və İdman Nazirliyi Dünya Alpaqut Federasiyasının prezidenti Jalə Əhmədovaya özbək milli çapanı hədiyyə edib. "Olaylar" xəbər verir ki, bu barədə Dünya Alpaqut Federasiyasının prezidenti Jalə Əhmədova bildirib: "Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin üzvləri bir müddət əvvəl Özbəkistan Respublikasında Gənclər və İdman Nazirliyində keçirilən rəsmi görüşdə iştirak etmişdilər. Görüş zamanı cənab nazir tərəfindən mənə - Dünya Alpaqut Federasiyasının prezidenti olaraq - özbək milli çapanı hədiyyə edilmişdi. Hədiyyə Bakıya qayıtdıqdan sonra keçirilən növbəti DAF İclasında İdarə Heyətinin sədri Vasif Namaz tərəfindən təqdim olundu. Mən bu diqqəti sevgi və minnətdarlıqla qəbul etdim və onu Azərbaycan ilə Özbəkistan arasında dostluq və əməkdaşlığın gözəl bir nümunəsi kimi qiymətləndirirəm. Bu hədiyyə, iki qardaş xalq arasında formalaşan möhkəm əlaqələrin və ortaq dəyərlərimizin təcəssümüdür".