İlham Əliyev yeni dünya düzənindəki mürəkkəb prosesləri Azərbaycan üçün fürsətlərə çevirməyə bacarıb

"Azərbaycan Prezidenti cənab İlham Əliyev davamlı olaraq diplomatik uğurlara və qələbələrə imza atmaqdadır. Cənab Prezidentin yürütdüyü  çevik, uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın güclü, nüfuzlu ölkələrindən biri olmaqla beynəlxalq aləmdə  ciddi regional və qlobal oyunçu rolunu oynayan dövlət kimi  qəbul edilir". Bunu "Olaylar"a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, son zamanlarda istər cənab Prezidentin xarici səfərləri, istər ölkəmizə səfərlər, istərsə də ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı əhəmiyyətli roldan  xəbər verir:  "Yürüdülən siyasət nəticəsində Azərbaycan  dünyada Avrasiya coğrafiyasında nəinki sülhün, sabitliyin və əməkdaşlıq formatlarının yaranmasında, o cümlədən  bu coğrafiyada təhlükəsizliyin də təmin olunması istiqamətində uğurlu dialoq platforması yaradan ölkə kimi  qəbul olunur".

Deputat əlavə edib ki, cənab Prezidentin yürütdüyü çevik və çoxvektorlu uğurlu diplomatiya nəticəsində  Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi mövqeyi möhkəmlənməklə yanaşı "orta güc" dövlət kimi qəbul edilməkdədir: "Dünya ölkələri  cənab Prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycanın gücü  və mövqeyi ilə hesablaşmalı olurlar. Onun dünyada güclü bir siyasi lider olduğunu qəbul edirlər. Biz bunun bu günlərdə Albaniyada "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında aydın şəkildə  şahidi olduq.  Azərbaycana qarşı "soyuq müharibə" aparan  Fransa prezidenti Emmanuel Makronun Azərbaycan liderinə yarınmaq kimi görünən jestləri, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa Parlamentinin rəhbəri Roberta Metsolanın Prezident İlham Əliyevlə görüşmək xahişi, eləcə də digər dövlət rəhbərləri səviyyəsində Azərbaycan liderinə olan münasibət deyilənlərin təsdiqidir".
 
Deputat bildirib ki, Prezident İlham Əliyev yeni dünya düzənindəki  mövcud mürəkkəb geosiyasi prosesləri Azərbaycan üçün fürsətlərə çevirməyə bacarıb: "Cənab Prezident "Avropa Siyasi Birliyi"nin hələ 2022-ci ilin oktyabrında  keçirilən Zirvə toplantısında aktiv iştirakə zamanı  ciddi  diplomatik qələbə edə bildi. Belə ki, Ermənistanın havadarlaırnın iştirakı  və  birgə qəbul etdiyi bəyanatla Ermənistan rəsmi şəkildə Azərbaycanın  ərazi bütövlüyü tanımalı oldu. Hansı ki, bu diplomatik qələbəni   Cənubi Qafqazda marağı olan digər  ölkələr tərəfindən  heç də müsbət qarşılamadıqlarını açıq şəkildə dilə gətirdilər. 2022-ci ildə qəbul edilən bu  diplomatik uğur 2023-cü ilin sentyabrında  Azərbaycanın  tam suverenliyinin təmin olunması ilə nəticələndi.
 Cənab Prezidentin  yürütdüyü uğurlu diplomatiyanın davam etməsi bu gün Azərbaycanın  beynəlxalq aləm tərəfindən  qəbul edilən "orta güc"  ölkə olması ilə nəticələnib. 
Azərbaycanın  "orta güc" olması Prezident İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə görüşünda müzakirə olunan məsələlər aydın  şəkildə sübut edir. Görüşdə Aİ liderləri tərəfindən  Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olması, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, eyni zamanda Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rol oynaması, Avrasiya coğrafiyasında sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün  ciddi platforma rolu oynamasındakı əhəmiyyətli rolu qeyd edildi. Bu isə   Avropa  İttifaqının bəzi ölkələri tərəfindən Cənubi Qafqazda ayırıcı xətt  yürütmək niyyətində olanların  Azərbaycan  tərəfindən  uğurlu əkshəmlə nəticəsində iflasa uğradılmasının sübutu idi. Cənab Prezident  bununla da sübut etdi ki, o bölgəmizdə    sabitliyi pozub gərginliyi yaradan  bütün çirkin planları  uğursuzluğa düçar etməyə  və yekunda  Azərbaycanla hesablaşamağa məcbur etmək gücünə qadirdir qadirdir.  Avropa liderləri də bunu gördüyündən Azərbaycanla hesablaşıb əməkdaşlıq etmək yolunu seçməkdən başqa yolu yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31