Koçaryan: Ermənistanın İttifaq Dövlətinə qoşulması heç vaxt müzakirə olunmayıb – ÖZƏL

Ermənistanın ikinci prezidenti Robert Koçaryan bildirib ki, nə Rusiya, nə də Belarus prezidentləri heç vaxt ona Ermənistanın İttifaq Dövlətinə qoşulmasını təklif etməyiblər. 

Olaylar.az xəbər verir ki, o, bu barədə yerli KİV-lərə verdiyi müsahibədə danışıb.

"Bu məsələ nə Yeltsin, nə Putin, nə də Lukaşenko ilə heç vaxt müzakirə olunmayıb. Əgər belə təşəbbüs irəli sürsəydik, bizdən hansısa şərtlər tələb olunardımı - bu da açıq sualdır. Dürüst deyirəm, belə bir söhbət heç vaxt olmayıb və hazırda da yoxdur", - deyə Koçaryan vurğulayıb.

O qeyd edib ki, hazırkı hakimiyyət bu mövzudan siyasi məqsədlər üçün istifadə edir və Lukaşenkonun Qərb mediasında formalaşdırılmış "demonlaşdırılmış" obrazını bu kontekstdə təqdim edir.

Koçaryanın fikrincə, İttifaq Dövləti mövzusu və Belarusla münasibətlərdəki gərginlikdən istifadə olunaraq Rusiyayla tərəfdaşlığın nüfuzu zəiflədilir. O, Ermənistan hakimiyyətini Rusiyaya qarşı yanlış fikirləri təbliğ etməkdə, bu ölkəyə qarşı etimadsızlıq yaratmağa çalışmaqda ittiham edib.

Keçmiş prezident hesab edir ki, Ermənistan Rusiya ilə strateji tərəfdaşlığı bərpa etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31