KTMT baş katibi Koreya yarımadasında sabitlik üçün müsbət meyillər gördüyünü bildirib- ÖZƏL

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)  Baş katibi İmanqali Tasmaqamvetov Koreya yarımadasında vəziyyətin sabitləşməsinə dair müəyyən müsbət meyillərin müşahidə edildiyini bildirib. Olaylar.az xəbər verir ki, bunun sözlərinə görə, bu, bütün Şimali-Şərqi Asiya regionuna müsbət təsir göstərir.
"Son zamanlar Koreya yarımadasında vəziyyətin sabitləşməsinə dair müəyyən meyillər müşahidə olunur ki, bu da bütün Şimali-Şərqi Asiyanın sabitliyinə xidmət edir", - deyə Tasmaqamvetov KTMT Parlament Assambleyası Şurasının Bişkekdə keçirilən iclasında qeyd edib.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, Koreya yarımadasındakı problemlərin həllində yeganə yol qarşılıqlı hörmət, suverenliyin tanınması və KXDR-in təhlükəsizlik maraqlarının nəzərə alınması əsasında siyasi-diplomatik vasitələrin tətbiq olunmasıdır. Rusiya tərəfi, həmçinin, "blok düşüncəsindən imtinanın vacibliyini", "hərbi-siyasi gərginliyin azaldılması üçün praktiki addımların atılmasını" və "Şimali-Şərqi Asiyada bölünməz təhlükəsizlik arxitekturasının formalaşdırılması məqsədilə etimad tədbirlərinin görülməsini" vurğulayıb.
Qeyd edək ki, KTMT  PA Şurasının iclası 2025-ci ildə təşkilata sədrlik edən Qırğızıstanın paytaxtı Bişkekdə keçirilir. İclasa Rusiya Dövlət Dumasının sədri və eyni zamanda KTMT  PA-nın rəhbəri Vyaçeslav Volodin sədrlik edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31