Koçaryan sərsəmlədi: “Ararat” ərazi iddiası deyil, milli simvoldur— ÖZƏL
11:31 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan bildirib ki, Ararat dağı (Ağrı dağ) erməni xalqı üçün ərazi iddiası deyil, milli kimliyin simvoludur. Onun sözlərinə görə, heç bir ciddi siyasi güc heç vaxt Araratı "geri almaq" kimi tələblə çıxış etməyib.
Koçaryan qeyd edib ki, baş nazir Nikol Paşinyan "Həqiqi Ermənistan" anlayışını "Qərbi Azərbaycan" tezisi kontekstində təqdim etməyə çalışır. O, bu yanaşmanı tənqid edərək vurğulayıb ki, Araratla bağlı söhbət yalnız mənəvi və mədəni dəyərlərlə bağlıdır.
Gülxanım Əliyeva
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31