Sahibə Qafarova İspaniyaya səfər edib
11:28 SiyasətMilli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti İspaniya Krallığınarəsmi səfərə gedib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Madrid şəhərinin BarahasBeynəlxalq Aeroportunda Milli Məclisin sədrini ölkəmizin İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədrinin bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycan-İspaniya parlamentlərarası münasibətlərinin bu günü və gələcək inkişafı barədə müzakirələr aparılacaq. Rəsmi səfər mayın 20-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31