Koçaryan: Ermənistanın təhlükəsizliyi üçün əsas tərəfdaş Rusiya olmalıdır - ÖZƏL
11:13 SiyasətOlaylar.az xəbər verir ki,Ermənistanın ikinci prezidenti Robert Koçaryan bəyan edib ki, Avropadan gözləntilər reallığı əks etdirmir və ölkənin təhlükəsizliyinə real təsir göstərən əsas güclər Rusiya, İran və Türkiyədir.O, Fransa prezidenti Emmanuel Makronun bəyanatlarını "səslənməsi gözəl, amma təsirsiz" adlandırıb. Koçaryan bildirib ki, Ermənistanın ən sıx iqtisadi, mədəni və tarixi əlaqələri Rusiyayladır və bu tərəfdaşlıq bərpa olunmalıdır.
O, Avropa ilə əlaqələrin effekt vermədiyini və bəzi Qərb dairələrinin Ermənistanı Rusiya əleyhinə alət kimi istifadə etdiyini vurğulayıb. Bu yanaşmanı "təhlükəli və məsuliyyətsiz" adlandırıb.Koçaryan həmçinin hazırkı hökumətin xarici siyasətini qarışıq və qeyri-müəyyən hesab etdiyini deyib: "Makron bəlkə də baş nazirə qucaq açar, amma bununla hər şey bitir".
Gülxanım Əliyeva