Koçaryan: Sülh sazişi yox, Paşinyanın gələcəyini təmin edən sənəd olacaq – ÖZƏL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan bildirib ki, gözlənilən sülh sazişi əslində daxili siyasi məqsədlərə xidmət edən mənasız bir sənəd olacaq. 

Olaylar.az xəbər verir ki, o, bu fikrini bir sıra yerli KİV-lərə verdiyi müsahibədə səsləndirib.

"Sənədin məqsədi sülh deyil, Nikol Paşinyanın siyasi karyerasını davam etdirməkdir. Bu sənəd, hər vasitə ilə hakimiyyətdə qalmaq istəyən uğursuz bir liderin maraqlarına xidmət edəcək", - deyə Koçaryan vurğulayıb.

O, həmçinin qeyd edib ki, Ermənistan hökuməti müzakirələrdə əsirlərin qaytarılması məsələsindən manipulyasiya vasitəsi kimi istifadə edə bilər. "Hazırkı hakimiyyət üçün əsirlər maraqlı deyil. Çünki onlar qayıtdıqda, Qarabağdan olan qaçqınları təşkil edə bilərlər və bu da hökumətin istəmədiyi bir haldır", - deyə Koçaryan əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31