Alman deputat: “Ukrayna Aİ üzvlüyü üçün heç bir meyara cavab vermir”- ÖZƏL
18 Aprel 10:35 SiyasətAlmaniya Bundestaqının deputatı, "Almaniya üçün Alternativ" (AfD) partiyasının xarici siyasət üzrə eksperti Şteffen Kotre bildirib ki, Ukrayna Avropa İttifaqına (Aİ) üzv olmaq üçün qoyulan heç bir meyara cavab vermir. Olaylar.az xəbər verir ki, bu fikirləri o, Almaniyanın Deutschland Kurier nəşrinə müsahibəsində səsləndirib.
"Biz görürük ki, Aİ Gürcüstan, Moldova işlərinə qarışır, Ukraynanı da öz tərəfinə çəkməyə çalışır - halbuki, o, üzvlük üçün heç bir şərtə cavab vermir. Aİ artıq sol-liberal ideologiyanı təşviq edən siyasi klub halına gəlib", - deyə deputat vurğulayıb.
Şteffen Kotre həmçinin bildirib ki, Aİ-nin tətbiq etdiyi sanksiyalar və rüsumlar belə, ABŞ-nin daxili siyasətinə təsir etmək məqsədi daşıyır və demokratlara simpatiyanı gücləndirmək üçün istifadə olunur. "Bu artıq iqtisadiyyat deyil, bu ideoloji təsir uğrunda mübarizədir və bu, ayrı-ayrı ölkələrin vətəndaşlarının maraqlarına ziddir", - deyə o əlavə edib.