Yaxın Şərqdəki münaqişə səbəbindən Avropadan 5,5 min miqrantın deportasiyası təxirə düşüb – ÖZƏL
14:01 DünyaOlaylar.az xəbər verir ki, "EUobserver" portalının verdiyi məlumata görə, Yaxın Şərqdə davam edən hərbi münaqişə və hava məkanının bağlanması səbəbindən Avropa Sərhəd Mühafizəsi Agentliyinin ("Frontex") dəstəyi ilə həyata keçirilməli olan 5,5 minə yaxın miqrantın deportasiyası baş tutmayıb. İyul ayında regionda hava məkanının bağlanması səbəbindən 4 minə yaxın deportasiya təxirə salınmışdısa, sentyabrın 30-na olan məlumata görə bu rəqəm 5,5 minə çatıb və Aİ üzvü olan ölkələr uçuşların pozulması fonunda deportasiya planlarını müvəqqəti dayandırmalı olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31