Qərb xristian mərkəzləri Türk Dövlətləri Birliyinə qarşı eyni mövqedən çıxış edirlər
18 Aprel 10:22 SiyasətBir-birinə düşmən olan qüvvələr türk dünyasına qarşı birləşmək bacarığını ortaya qoyublar
Türk dünyasının yeni dünya nizamına təsiri və nüfuzu ənənəvi düşmən qüvvələrini hərəkətə keçirib. Məqsəd təbii ki, böyük türk birliyinin formalaşmasını əngəlləməkdir. Türkiyə və Azərbaycan türk dünyasının əsas lokamativi kimi hədəfdədir. Azərbaycanın Rusiya, Fransa, İran və sair havadarı olan Ermənistan üzərində möhtəşəm qələbəsindən sonra Türkiyənin hərb sənayesində texnaloji sıçrayışı və faktiki olaraq dünyada söz sahibinə çevrilməsi, Suriyada keçirdiyi rejim dəyişikliyi Qərbdə türk qorxusunu canlandırıb. Siyasi şərhçi Vüqar Dadaşov bildirib ki, Donald Trampın ABŞ - da yeni prezidentliyindən sonra NATO daxilində müttəfiqlərinə qarşı münasibəti Avropanı Rusiya qarşısında çarəsiz vəziyyətə gətirib: "Trampın Avropanın təhlükəsizliyinə laqeyid münasibəti Avropanı Türkiyəyə sığınmağa məcbur etdi. Polşanın baş naziri Donald Tuskun Türkiyə prezidenti cənab Ərdoğana xahişindən sonra Avropanın yenidən Osmanlı imperiyasının təsirinə düşəcəyini ehtiyat edən qüvvələr bütün imkanlarla Türkiyəni sıradan çıxarmağa çalışır. Türkiyəyə qarşı ilk zərbə Əkram İmamoğlu ilə başladı. Əslində xristian mərkəzləri İmamoğlunun vasitəsi ilə Ərdoğanın hakimiyətdən getməsi üçün keçirdikləri mitinqləri elə dövlət çevrilişinə cəhd idi. Avropanın xristian mərkəzləri Avropa İttifaqının və xüsusən də Fransanın rəhbərliyi ilə Türk dünyasına zərbə vurmağı bacardı.
Avropa Birliyinin 12 milyard avroluq investisiyası qarşılığında üç türk dövləti-Qazaxıstan, Özbəkistan və Türkmənistan yunan Kiprində səfirlik açır və üstəlik, anlaşmanın Türkiyə üçün xüsusilə ağrılı olan 4-cü bəndini imzalayaraq Türkiyənin Kiprdə işğalçı dövlət olduğunu təsdiq etdilər. Düşünürəm ki, belə bir nəticənin əldə edilməsində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xüsusi rolu olub. Tokayevin Özbəkistan prezidenti Şavkat Mirziyayevə və Türkmənistan prezidenti Sərdar Berdıməhəmədova təsirini və danışıqların aparılmasında və Tokayevin nəticədə maraqlı olmasına heç bir şübhə yoxdur. Hələ 2022-ci ilin yanvarında Qazaxıstanda prezident Tokayev türk dünyasında böyük nüfuza malik, türk dünyasının ağsaqqalı, müasir müstəqil Qazaxıstanın qurucusu, keçmiş prezident Nursultan Nazarbayevi Moskvanın göstərişi və hərbi dəstəyi ilə faktiki hakimiyətdən məhrum etdi. İndi də məlumdur ki, Tokayev tapşırıqlarını Moskvadan alır".
Onun sözlərinə görə, Türk dünyasının güclənməsinə, Türk Dövlətləri Birliyinə qarşı Rusiya ilə bəzi Avropa ölkələri və Qərb xristian mərkəzləri və hətta İran eyni mövqedən çıxış edir: "Bir-birinə düşmən olan qüvvələr türk dünyasına qarşı birləşmək bacarığını qoruyub saxlayıb. Türk dünyasının güclənməsini, dirçəlməsini Rusiya tərkibində olan türk regionlarınlnın ayılması qorxusu ilə özünün dövlətçiliyi üçün ciddi təhlükə hesab edir. Rusiyada son konstitusiya dəyişikliyindən sonra yerli, aborigen xalqların ruslaşdırılması, xristianlaçdırılması güclənib. Son statistik məlumatlara görə Rusiyada ən çox dilindən və identik kimliyindən uzaqlaşan tatar və başurdlardır. Əslində Özbəkistan və Türkmənistanın yunan Kiprində səfirlik açmaq qərarı və Avropa İttifaqı həmin razılaşmanı imzalamaqla, bəlkə də nəzərdə tutduğu Rusiyadan uzaqlaşdıra bilmədi. Əksinə, Özbəkistan və Türkmənistan Türkiyə və Azərbaycandan uzaqlaşmaya getdi. Yəni, özlərini siyasi-diplomatik və hərbi meydanda müdafiəsiz qoydu. Avropanın hələ bir dövlətə verdiyi zəmanət özünü nəinki doğrultmayıb əksinə, həmin Avropa "zəmanəti" dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün pozulmasını şərtləndirib. Gürcüstan, Ukrayna nümunəsi müasir və yaşadığımız tarixə aiddir. Rusiya tərəfindən Özbəkistanın, Türkmənistanın işğal olunması yolu açılır. Zatən Qazaxıstan isə Tokayev vasitəsi ilə Rusiyanın nəzarətindədir.
Azərbaycan prezidenti İlham Əliyev 2024-cü ilin fevralında Prezident seçildikdən sonra ilk çıxışında bildirdi ki, bizim bir ailəmiz var, o da Türk ailəsidir".
Siyasi şərhçi qeyd edib ki, Avropanın özünün enerji təhlükəsizliyi üçün və Rusiyadan asılılığını aradan qaldırmaq üçün Asiya və Xəzəryanı ölkələrdən enerji resurslarına ehtiyacı var: "Regiondan enerji daşıyıcılarının Transxəzər beynəlxalq nəqliyyat dəhlizi ilə daşınması, həmçinin Azərbaycan və Türkiyə üzərindən mövcud infrastruktur vasitəsilə reallaşması Avropanın Azərbaycan və Türkiyədən, eləcə də Qazaxıstan, Özbəkistan, Türkmənistandan asıldığını yarada bilər. Olsun ki, TDT üzvləri strateji perespektivdə bu məsələni Türkiyə və Azərbaycanla razılaşdırıb. Qazaxıstan, Özbəkistan, Türkmənistanın məlum qərarından sonra Türkiyə və Azərbaycanın müəyən susqunluğu prosesin nəzarətdə olduğu kimi dəyərləndirilə bilər. Hər bir halda, məsələ ilə bağlı yekun qənaət üçün hələ tələskənlik olardı".
Nurlan