Yeni geoiqtisadi reallıq: Zəngəzur dəhlizi və Azərbaycanın artan rolu– ÖZƏL

"Zəngəzur dəhlizinin açılması Azərbaycan iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, ona bu və ya digər formada müsbət təsir göstərməsin. Əgər kənd təsərrüfatından danışırıqsa, dəhlizin açılması bu sahəyə mütləq şəkildə öz təsirini göstərəcək. Sənaye sahələrindən söz düşərsə, bu, faydalı qazıntı yataqlarımızın işlənməsinə, metallurgiya sənayesinin inkişafına, işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın sürətlənməsinə ciddi təsir edəcək".

Bu fikirləri iqtisadi məsələlər üzdə ekspert Eldəniz Əmirov Olaylar.az-a açıqlamasında bildirib:

"Eyni zamanda, Zəngəzur dəhlizi Türkiyə ilə iqtisadi əlaqələrin daha da genişlənməsinə, Orta Dəhlizin bir seqmentinin məhz bu marşrut üzərindən formalaşmasına, Ermənistanla iqtisadi münasibətlərin qurulmasına, Türkiyə ilə əlaqələrin daha da möhkəmlənməsinə və Türkiyənin  Orta Asiyaya  Azərbaycan üzərindən birbaşa çıxışının təmin olunmasına geniş imkanlar yaradacaq.

Bununla yanaşı, gələcəkdə  Azərbaycanın yeni enerji dəhlizlərinin də məhz bu trayektoriya üzrə keçməsi üçün strateji imkanlar açılacaq. Əlavə olaraq, İranın bu koridor üzərindən istifadə etməsi, həmçinin Rusiyanın və Mərkəzi Asiya ölkələrinin bu marşrutdan faydalanması ölkəmizin geoiqtisadi və geostrateji mövqeyini daha da gücləndirəcək".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31