Sarkisyan Paşinyanı devirəcəyini elan edir- ÖZƏL
17 Aprel 2025 14:32 Siyasət"Ermənistan Baş naziri Nikol Paşinyanın sülh açıqlamalarına qarşı üçüncü prezident Serj Sarkisyan kəskin mövqe ortaya qoyaraq, növbəti seçkilərdə hakimiyyəti devirmək hədəfində olduğunu elan etdi". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadı deyib: "Sabiq prezident S. Sarkisyan yenidən Qarabağ məsələsindən istifadə edərək ordudan, kilsədən və könüllü Qarabadan getmiş ermənilərdən istifadə etməyi planlaşdırır. Ona bu qruplardan dəstək verilməsi də istisna deyil. S. Sarkisyan seçkiyə "Qarabağa qayıdış" və "Ermənistanı yenidən inkişaf etdirmək" şuari ilə gedir. Qeyd edim ki, revanşist qrupları ətrafında birləşdirən Serj Sarkisyanın 2026-cı ilə seçkilərində qalib gəlmək şansı yoxdur. Amma, onun indidən hazırlaşması və hakimiyyəti dəyişmək niyyətində olduğunu vurğulaması, Rusiyanın yenidən ona stavka verməsinin nəticəsidir. 2018-ci ildə N. Paşinyan tərəfindən hakimiyyətdən devrilən S. Sarkisyan öz təhlükəsizliyi naminə sövdələşməyə getmişdi. İndiyə kimi sessizliyini qoruması ona dəstək verilməmesindən irəli gəlirdi. N. Paşinyanın Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmaq istəyi və Avropa İttifaqına inteqrasiya Moskvanı ciddi narahat edir.
Rusiya Serj Sarkisyan və onun resurslarından istifadə edərək növbəti seçkilərdə N. Paşinyanı hədəf alıb. Amma, N. Paşinyan gedişatı sükutla izləməyəcək. Sabiq prezident S. Sarkisyana qarşı yeni cinayət işləri açıla bilər. Bununla onu növbəti seçkilərdə kənarda qoya bilər. Məhz Azərbaycana revanşistlər deyil, N. Paşinyanın seçkilərdə qələbə əldə etməsi maraqlıdır".