Sərhəddə narahatlıq var, qüvvələrimizi yeniləyirik – Asryan
28 Yanvar 11:10 Siyasət"Hazırda sərhəddə vəziyyət sabitdir, lakin vətəndaşlar arasında hələ də narahatlıq var".
Olaylar.az xəbər verir ki, bunu Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan deyib.
O, İrəvanın Azərbaycan rəsmilərinin bəyanatlarını diqqətlə izlədiyini bildirib:
"İndi sərhəddə sabitlik qorunur. Azərbaycan Silahlı Qüvvələrinin sərhəd xəttində toplanması müşahidə olunmur. Amma vətəndaşlar arasında yenə də narahatlıq var ki, bunun olması təbiidir. Çünki onların mövqeləri hələ də ərazimizə yaxın yerləşir. Azərbaycanın müdafiə nazirinin bəyanatlarını izləyirik, lakin bu, müharibə ehtimalı üçün əməliyyatların dəyərləndirilməsi prosesinin kiçik bir hissəsidir. Sərhəd xətti boyunca qüvvələrimizin yenilənməsi davam etdirilir". (globalinfo.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31