Ermənistan mövcud vəziyyəti ilə Avropa İttifaqına heç bir fayda verə bilməz - ÖZƏL
16:21 Siyasət"Ermənistanın Avropa İttifaqına qoşulması real deyil və bu prosesə başlasalar belə prosesin yekunlaşacağını demək çətindir".
Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Ümumiyyətlə bu proses çox uzun bir prosesdir və Avropa İttifaqına hər ölkə qəbul edilmir. Mən müqayisə üçün deyim ki, Bosniya, Serbiya və Türkiyə uzun müddətdir, hətta Türkiyə 30 ilə yaxındır ki, bu prosesin içərisindədir, amma yekunlaşmayıb. Əvvəl Ermənistanla Avropa İttifaqının sərhədi yoxdur. Türkiyə Avropa İttifaqına üzvü olsaydı, yenə hardasa başa düşmək olardı, amma sərhədi yoxdur. İkinci, Ermənistan Azərbaycanla faktiki olaraq müharibə vəziyyətindədir. Yəni yekun sülh müqaviləsinin imzalanmadığı təqdirdə müharibə vəziyyətinin davam etməsi deməkdir. Ermənistanın silahlanması həm də regionda eskalasiya riskini artırır. Münaqişə içərisində olan bir ölkənin Avropa İttifaqına üzv olması mümkün deyil və ən önəmlisi, Ermənistanda siyasi sabitlik yoxdur, iqtisadi dayanıqlar yoxdur. Ermənistan mövcud şərtləri, vəziyyəti ilə Avropa İttifaqına heç bir fayda verə bilməz. Bunun üçün də Avropa İttifaqına üzv ola bilməz. Avropa İttifaqı siyasi oyunlarlıq məsələlər deyil. Təkcə Avropa İttifaqına üzv olacaq ölkənin ittifaqa faydası olmalıdır. Amma heç bir faydası olmayan ölkəni Avropa İttifaqına daxil etməklə Avropa İttifaqının imtiyazlarından yararlanmaq çətin məsələdir.
Ümumiyyətlə, mən rahatlıqla deyirəm ki, Ukrayna, Moldova, Ermənistan, Gürcüstan Avropa İttifaqına üzv olmayacaqlar. Mövcud şərtləri, mövcud reallıqları və münaqişələrlə Avropa İttifaqı bu ölkələri qəbul edə bilməz".