“Gecikmiş nikah”, yoxsa“tərəfdaşlıq xartiyası?- ÖZƏL
13:21 Siyasət"Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması Paşinyan iqtidarı və Bayden administrasiyası ilə "gecikmiş nikaha" bənzəyir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Zaur İbrahimli deyib: "Həm də, unutmayaq ki, bu bir tərəfdən daldan atılmış daşa bənzəyir. Ümumi qənaət ondan ibarətdir ki, bu Ermənistan üçün əslində riskləri artıran, regionda təhlükəsizlik mühitini pisləşdirən, Azərbaycan-Ermənistan sülh sazişi danışıqlarına yeni çağırışlar yaradan addımdır. Rusya və İran üçün isə bu həm də təhdiddir və yanvarın 20-dən sonra Vaşqintonun bu siyasəti davam etsə, Tehran və Moskva İrəvana təzyiqi adekvat şəkildə artıracaqlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31