Əldə etdiyi iqtisadi uğurlar ölkənin müdafiə qüdrətini artırıb- ÖZƏL

"Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar ölkəmizin müdafiə qüdrətinin, hərbi gücümüzün də artmasına şərait yaradıb". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Xalqımızın Qalib Lideri müsahibəsində Azərbaycanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə hərbi büdcəsini rekord həddə, 8,4 milyard manata yüksəltdiyini açıqladı: "Mən bunu artıq bir dəfə demişəm: biz Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərcləyirik. Bu, tam fərqli ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı, bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Mən onu da bildirmişdim ki, Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz".

Aydındır ki, Azərbaycanın hərbi gücünün artması ölkəmizin təhlükəsizliyi ilə yanaşı regionda sülhün qorunmasında, sabitlik və dayanıqlı inkişaf mühitinin təmin olunmasında mühüm əhəmiyyətə malikdir. İşğalçılıq siyasəti ilə dünyada gözdən düşən Ermənistanın genişmiqyaslı silahlanma kampaniyasına ötəri baxmaq olmaz. Faşist xislətli qonşu ölkənin silahlanması təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün növbəti təhdiddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31