Kütləvi istefalar Ermənistanın xaotik vəziyyətindən xəbər verir- ÖZƏL
18 Noyabr 2024 12:36 Siyasət"Ermənistandakı istefalar Ermənistandakı hakimiyyət daxilində ciddi qarışıqlığın növbəti göstəricisidir. Ermənistan hakimiyyətində özəlliklə hüquq mühafizə orqanlarına bağlı olan qurumların rəhbər şəxslərinin istefaya getməsi Baş nazir Nikol Paşinyanın göstərişi ilə olub. Hətta Paşinyan sosial mediada da etiraf edib ki, bu istefalar onunu göstərişi ilə olub. Burada ikili məsələ ola bilər".
.jpg)
Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Birincisi, ola bilər ki, Ermənistan hakimiyyəti daxilində fikir ayrılıqları mövcuddur və Baş nazir də komandanın içərisindəki siyasətdən razı olmadığı üçün bəzi məmurları dəyişmək istəyir. İkinci məsələ isə odur ki, Ermənistan daxilində növbəti hansısa siyasi gərginliklər gözlənilir. Nikol Paşinyan belə kütləvi istefalar gündəmi ilə vəziyyəti gərginləşdirməyə və həmçinin ölkədə növbəti istefa dalğasının yaranmağına səbəb olacaq addımlarla Ermənistan ictimai rəyini çaşdırmağa çalışır. Ermənistandakı kütləvi istefalar bir daha göstərir ki, bu gün onun vəziyyəti ciddi olaraq xaotik və qarışıqdır".
Zeynəb Rzayeva