Ursula fon der Leyen Aİ-nin fəaliyyət istiqamətinə qarşı çıxır- ÖZƏL
6 Noyabr 2024 13:37 Siyasət"BMT-nin qlobal iqlim dəyişikliyinə qarşı beynəlxalq səviyyədə mübarizə aparmağın təşəbbüskarı kimi ilk olaraq Qərb ölkələri çıxış etsə də, nədənsə bu istiqamətdə real addımların atılması məsələsi gələndə hər vasitə ilə bu prosesi əngəlləyirlər və yaxud da bununla bağlı keçirilən mötbərə tədbirlərdə iştirakdan boyun qaçırırlar. Biz bunun qlobal iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı Bakıda keçiriləcək COP29 sammiti zamanı da şahidi olmaqdayıq. Bir çox Qərb ölkəsi, o cümlədən iqlim dəyişikliyinə qarşı mübarizəni fəaliyyətinin prioriteti hesab edən Avropa İttifaqı da Bakıda keçiriləcək qlobal problemə həsr olunan toplantıda iştirak etməyəcəklərini bəyan edirlər. Bu bir daha Qərbin bəyan edikləri prinsiplərdə necə riyakar mövqe sərgilədiklərinin bariz nümunəsidir". Bunu "Olaylar"a açıqlamasında deputat İlham Məmmədov deyib. Deputat bildirib ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen COP29-da iştirak etməyəcək: "Qlobal iqlim dəyişikliyinə qarşı mübarizəni öz fəaliyyətinin ana xətti elan edən Avropa İttifaqı bu prosesin önündə getməli olduğu halda, Brüsseldəki siyasi prosesləri bəhanə edərək COP29 iqlim sammitində iştirak etməyəcək. Bu bir daha onların qlobal probnlemlərə ancaq və ancaq öz maraqları prizmasından yanaşmasını göstərir. Aİ-nin fəaliyyətinin əsas istiqamətlərindən biri iqlim və enerji siyasətini əhatə etdiyindən iqlim dəyişikliyinin insanlara və ekosistemlərə necə təsir etdiyi barədə hesabat verir. Digər tərəfdən, isə bu istiqamətdə real addım atan ölkələrə dəstək vermək vermək əvəzinə, absurd iddialar irəli sürərək həmin ölkələrə təzyiq edib öz maraqlarını təmin etməyə çalışırlar. Bu bir daha Qərbin qlobal iqlim dəyişikliyinə qarşı mübarizədən dünya ölkələrinə təzyiq aləti kimi istifadəsinin, həm də beynəlxalq iqlim diplomatiyası ilə bağlı aydın mövqeyin olmamasının göstəricisidır. Əgər Qərb ölkələrinin həqiqətən də qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə vermək niyyətində olsaydılar, o zaman Bakıda keçiriləcək COP29-un tədbirində yaxından iştirakla problemin həllinə öz töhfələrini verərdilər. Çünki COP29-un əsas məqsədi iqlim maliyyəsi ilə bağlı qlobal razılaşmanı əldə etməkdir. Avropa İttifaqı bu prosesdə aktiv iştirak edib posesin flaqmanı olmaq əvəzinə, sərgilədiyi mövqeləri və fəaliyyətləri ilə qlobal iqlim dəyişikliyi istiqamətindəki ciddi problemin həllinə əngəllik yaradır. Avropa Komissiyasının sədri Ursula fon der Leyenin COP29-a qatılmamasını və onun hərəkətini də ancaq qloba ilqim dəyişikliyinə qarşı mübarizəni əngəlləyən və bu istiqamətdə destruktiv mövqe sərgiləyən qrumun rəhbəri kimi xarakterizə olunmalıdır".