Milli suverenliyin simvoluna çevrilən Bayrağımız qürurumuzdur- ÖZƏL
6 Noyabr 2024 12:00 Siyasət"Hər bir bayram, tarixi gün onun mahiyyətinin təqdim edilməsi ilə yanaşı, uğurlarımızın da təhlilində əhəmiyyətli rol oynayır". "Olaylar" xəbər verir ki, bunu YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib: "9 Noyabr-Dövlət Bayrağı Günü ərəfəsindəyik. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncam ilə hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı günü kimi qeyd edilir. Milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilən Bayrağımız qürurumuzdur. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə ucaldılan Azərbaycan Bayrağı milli kimliyimizi, gücümüzü, birliyimizi dünyaya təqdim edir. Qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın daim yüksəklərdə dalğalanması üçün hər birimiz üzərimizə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməliyik. Qalib, yeni Azərbaycan tarixi Zəfərinin, suverenliyinin tam bərpasının reallıqları fonunda yeni-yeni hədəflərə doğru inamla addımlayır".