Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edildi- ÖZƏL

"Döyüş meydanında qazanılmış Zəfər siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masasında istəyinə nail oldu". "Olaylar" xəbər verir ki, bunu YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov deyib:  "Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edildikdən sonra dövlətimizin başçısı status məsələsinin artıq tarixdə qaldığını elan etdi. "Böyük Qayıdış" Proqramı işğaldan azad edilmiş bölgələrimizin bərpası və yenidən qurulması ilə yanaşı, ölkənin iqtisadi inkişafına, sosial rifahına və regional sabitliyə böyük töhfələr verir. Bu proqram, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yeni və davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Bu işlər, məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək məqsədi ilə uğurla həyata keçirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31