Azərbaycan manevr imkanlarını məhdudlaşdırmamağa çalışır- ÖZƏL

Kazan sammiti öncəsi Azərbaycanın BRİCS-ə üzv olacağı haqda proqnozlar verilirdi. Amma nəinki ölkəmiz, BRICS-ə üzv oldu,  hətta  tərəfdaşlıq statusu verilən 13 ölkə arasında da yer almadı. Niyə yer almadı?  "Olaaylar"ın məlumatıma görə, millət vəkili Sahib Alıyev bildirib ki, sualın cavabı cənab İlham Əliyevin oktyabrın 24-də  Kazanda XVI BRICS Sammitinin "Outreach"/"BRICS+" formatının ilk plenar toplantısında etdiyi çıxışındakı bu cümlədə  əksini tapıb: "Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik".  
Belə görünür ki, yeni dünya düzəni hələ formalaşmaq üzrə olduğundan Azərbaycan manevr imkanlarını məhdudlaşdırmamaq üçün nə Qlobal Cənub, nə də Qlobal Şimaldakıların cərgəsində yer almağa tələsir və düz də edir. Ancaq orasını da deməliyik ki, Qlobal Cənubda  Azərbaycanın regional və elə həm də qlobal müstəvidə oynadığı rolu daha düzgün qiymətləndirilir ki,  BRİCS sammitinin yekunları üzrə qəbul edilmiş Kazan bəyannaməsində də bu görünür. Sözü gedən  bəyannamədə  sammit iştirakçıları Bakıda keçiriləcək COP29 konfransından tutarlı nəticələr gözlədiklərini bildirirlər ki, bu da sözü gedən beynəlxalq tədbiri boykota çağıranlara verilən çox mühüm kollektiv cavabdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31