Gürcü müxalifəti öz məğlubiyyəti ilə barışmalıdır- ÖZƏL

"Gürcüstanda seçkilər başa çatdı. Proqnozlar özünü doğrultdumu? Əlbəttə, "Gürcü Arzusu"-nun qalib gələcəyini düşünənlərin proqnozu doğruldu. Amma qismən. Nədən qismən? Çünki hakim partiya can atdığı tam çoxluğa nail ola bilmədi ki, bu da gələcəkdə ölkənin idarə olunmasında ona müəyyən problemlər yarada bilər.  Müxalifətin və Gürcüstanı Avropanın ağuşunda görmək istəyənlərin ümidləri alt-üst oldu. Başda Gürcüstan Prezidenti Salome Zurabişvili olmaqla Gürcüstan müxalifəti seçki-referendumun ciddi pozuntularla keçirildiyini sübut edən heç bir səbəb gətirmədən seçkinin nəticələrini tanımaqdan imtina etdi. Çünki can atdıqları Avropa İttifaqı və onun Gürcüstanla bağlı olan institutları belə mövqe tutmağı tapşırdılar". "Olaylar" xəbər verir ki, bunu poligoloq Əlimusa İbrahimov deyib: "Bu seçkidə ciddi maraq doğuran məsələ isə Avropa İttifaqına  üzv olmaq istəyən bir ölkənin sakinlərinin  nədən Rusiya meylli  "Gürcü arzusu"na səs verməsi oldu. Bu il Gürcüstan parlamentinin 150 deputatı ilk dəfə olaraq əvvəlki seçkilərdə olduğu kimi qarışıq sistemlə deyil, tam proporsional sistemlə seçilib. Bu seçkilərdə səsvermə ərəfəsində  bloklarının yaradılması qadağandır - bu, 12 ildir hakimiyyətdə olan "Gürcü arzusu"nun əlinə imkan verdi. Yəni seçki qanununda edilmiş bu dəyişiklikdən iqtidar daha uğurlu faydalana bildi. Müxalifət isə yeni şəraitə uyğunlaşmaqda ciddi çətinlik yaşadılar. Müxalifət partiyalarının da razılığa gəlmək və vahid siyahı ilə  çıxış etmək imkanı var idi, lakin daxili siyasi məsələlərdə bir sıra fikir ayrılıqları olduğundan bunu edə bilmədilər.
Nəticədə üç fərqli müxalifət ittifaqı və daha bir partiya Avropa və Qərblə sürətli inteqrasiyanın tərəfdarı olaraq ayrı-ayrılıqda seçkiyə getdi. Onlar eyforiyaya qapılaraq ümid edirdilər ki, ümumilikdə, hakim partiyadan daha çox yer qazanacaqlar. Bundan sonra parlamentdə koalisiya yaratmaq imkanlarından daha səmərəli istifadə edə bilərlər.
Amma "Gürcü arzusu" müxalifətin birliyinin olmamasından məharətlə istifadə edərək, seçkiqabağı kompaniyalar zamanı bir-birinin ardınca rəqiblərini gözdən salmağı bacardı .
İlk rəsmi məlumatların açıqlanmasından dərhal sonra da müxalif partiyalar aksiyaların vaxtı və strategiyalarını  müzakirə etmək üçün fasilə götürdülər. Bu onların eyni zamanda hadisələrin bu istiqamətdə iştirak etməsinə hazır olmadıqlarını sübut etdi. Ortada "B" planı yox idi və bu pauza onların gecikməsinə səbəb oldu. Bütün imkanlardan uğurla istifadə edən "Gürcü arzusu" növbəti imkanı dəyərləndirməkdədir. Müxalifətin öz içindən olanlar belə uduzmalarını qəbul edir və əsaslandırırlar. Misal olaraq keçmiş diplomat Badridzenin fikrincə: "2003-cü ildə o vaxtkı hökumət seçkiləri oğurlamağa cəhd edəndə etirazlarda çox nüfuzlu və enerjili liderlər var idi. Bu dəfə müxalifətin konkret və görkəmli lideri yoxdur. Bilmirəm, cəmiyyətimiz nə qədər təşkilatlana biləcək, indiki müxalifət nə dərəcədə bu etirazların hərəkətverici qüvvəsinə çevrilə biləcək".
Digər müxalifət nümayəndəsi Gia Nodia düşünür ki: "Etirazlar olacaq, lakin mən hər hansı ciddi siyasi nəticələrə gətirib çıxaracaq genişmiqyaslı çıxışları gözləmirəm".
Bu fikirləri Gürcü müxalifətinin bundan sonrakı etirazlarının son notu kimi də qiymətləndirmək olar. Gürcü müxalifəti öz məğlubiyyəti ilə barışıb yeni reallığı qəbul etməlidir. Çünki onun arxasında dayanan Avropa İttifaqının da sözünün bitdiyi yerə çatdılar. Belə olmasaydı Avropa Şurası Prezidenti  Şarl Mişel Gürcü müxalifətinə noyabra qədər  gözləməyi məsləhət görməzdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31