Hikmət Hacıyev Bərdənin bombalanmasından 4 il ötməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib
27 Oktyabr 19:32 SiyasətAzərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdənin "Smerç" raketləri ilə bombalanmasından 4 il ötməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Paylaşımda bildirilir:
"Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhəri və ətraf kəndlərinin kassetli sursatlarla dolu "Smerç" raketləri ilə bombalanmasından 4 il ötür. Nəticədə 30-a yaxın günahsız dinc sakin həlak olub, 100 vətəndaş ağır vəziyyətdə yaralanıb. Beynəlxalq Cinayət Məhkəməsi tərəfi kimi Ermənistan Respublikasını Azərbaycanda günahsız mülki əhaliyə qarşı bu və digər ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarlarlıqla bağlı məsuliyyətə cəlb etmək öhdəliyi və hüquqi məsuliyyətinə malikdir".