Avropa Birliyinin ayrı-ayrı strukturları özlərini az qala dünyanın ağası sanmağa başlayıblar - ÖZƏL

"Ümumiyyətlə, Avropa Birliyi ölkələrində həqiqətən də son illərdə antiinsani əhval getdikcə artmaqdadır". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Özəlliklə də türklərə və müsəlmanlara qarşı münasibət kəskinləşir, qaçqınlara, məcburi köçkünlərə münasibət də kəskinləşir. Ümumiyyətlə, Avropa Birliyinin ayrı-ayrı strukturları özlərini az qala dünyanın ağası sanmağa başlayıblar. Yəni başqa millətlərə, başqa dövlətlərə, başqa xalqlara ağıl öyrədirlər, yol göstərməyə çalışırlar. Halbuki özlərinə baxsalar, görərlər ki, başqalarına yol göstərəcəklərinə, özləri üçün yol axtarmaları daha doğru olardı. Yəni, özəlliklə də iki gün öncə Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilmiş qətnaməni qeyd etmək istəyirəm. Yəni o qətnaməni qəbul edən, onun lehinə səs verən 453 deputatın əminəm ki, ən azı 400-nün Azərbaycandakı siyasi proseslərlə bağlı doğru dürüst məlumatı yoxdur. Amma Avropa Parlamentində oturduqlarına görə hesab edirlər ki, istədikləri kimi qətnamə qəbul edib, başqa bir dövlətə şər belə ata bilərlər. Yəni o qətnamədə Azərbaycanın ünvanına şər, böhtan dolu məlumatlar yer alıb. Bu, bunların xarakteridir. Əlbəttə ki, belə gedişat Avropanın çöküşündən xəbər verir. Yəni o qədər özlərindən razıdırlar, oqədər qürrələnirlər, o qədər çərçivələri aşırlar ki, təbiidir ki, dünya onlara qarşı olacaq və nəticədə də özləri özlərini içəridən yeyəcəklər. Bu yaxşı bir şey vəd eləmir. Ona görə də düşünürəm ki, Avropa Birliyi dünya jandarmı roluna iddia etməməlidir. Onun ayrı-ayrı qurumları, struktur vahidləri dünya jandarmı roluna iddia etməməlidir. Məsələn, hansı haqla Avropa Birliyinin parlamenti, Avropa Parlamenti durub, Azərbaycanla bağlı, Azərbaycanın iştirakı olmadan, üzvlüyü olmadan müzakirə aparır? Ümumiyyətlə, bunun məntiqi nədir, hansı haqla onlar Azərbaycana qarşı çağırışlar edirlər? Yəni Avropa Birliyi dövlətlərarası təşkilatdır. O, özünün üzv dövlətləri ilə bağlı müzakirə apara, qərar, qətnamə qəbul edə bilər. Üzv olmayan dövlətlərlə münasibətləri isə parlamentdə deyil. ikitərəfli şəkildə müzakirə edə bilər. Məsələn, Azərbaycanla münasibətləri Avropa Birliyi ikitərəfli şəkildə müzakirə etməli idi. Amma bunlar götürüb parlamentdə müzakirə açır, Azərbaycanın öz mövqeyini ifadə etməsinə haqq tanımır və anti-Azərbaycan qətnamə qəbul edir. Bax bu onların çöküşündən xəbər verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31