Prezident İlham Əliyev Belarusla imzalanmış iki protokolu təsdiqləyib
25 Oktyabr 2024 16:29 SiyasətPrezident İlham Əliyev Belarusla imzalanmış iki protokolu təsdiqləyib.
Olaylar xəbər verir ki, müvafiq sənədlərlə 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol" və "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol" təsdiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31