Yeni Kaledoniyadakı fransız hökumətinin təyin etdiyi şəxs müstəmləkəçiliyin tətbiqini qoruyur - Abbas Abbasov
25 Oktyabr 2024 15:47 SiyasətYeni Kaledoniyadakı fransız hökumətinin təyin etdiyi şəxs müstəmləkəçiliyin tətbiqini və bu maraqları qoruyan şəxsdir.
Olaylar xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulmasına dair hesabatın təqdimatında çıxışı zamanı deyib.
O qeyd edib ki, Yeni Kaledoniyadakı fransız hökumətinin təyin etdiyi şəxs müstəmləkəçiliyin tətbiqini və bu maraqları qoruyan şəxsdir.
"Təbii olaraq, imzalanmış memorandumun ləğv edilməsi ilə bağlı fikirlər onun özünə aiddir, ancaq buna baxmayaraq, Bakı Təşəbbüş Qrupu müstəmləkəçiliklə mübarizədə Yeni Kaledoniyanı dəstəkləməyə davam edəcək və fərqli beynəlxalq platformalarda Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı beynəlxalq təşkilatlara çağırış edir, bu əməkdaşlıq davam edir və davam edəcək", -Abbas Abbasov bildirib.